Həbsdəki xalası oğluna "telefonlu peçenyə" keçirmək istədi - FOTO

16:00 09-09-2019 963

Bakı İstintaq təcridxanasına mobil telefon keçirməyə cəhd göstərilib.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verilib.

Məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilən məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman "Bismak Moskva" sözləri yazılan peçenyənin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdə bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.