"Niva" ilə "Mercedes" toqquşdu: bir nəfər öldü

18:27 09-09-2019 371

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. 

"Niva" markalı avtomobillə  "Mercedes" markalı maşın toqquşub. 

Nəticəsə "Niva"da olan 30 yaşlı Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.