Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb

00:00 10-09-2019 405

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Maştağa qəsəbəsində "VAZ 2107" və digər minik avtomobilinin toqquşması zamanı avtomobillərdən birində olan 1990-cı il təvəllüdlü Məmmədov Yusif Məmməd oğlu və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Məmmədova Nailə Vahid qızı xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu