Nazarbayev: Heydər Əliyev istənilən xalqın qürur duyacağı insandır

14:25 17-05-2018 52
loading...

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin möhkəmlənməsində və MDB-nin təşəkkül tapmasında böyük rol oynayır. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu sözləri qazax dilinə tərcümə olunan Heydər Əliyev haqqında kitabda qeyd edilib.

Bununla bağlı HerGun.Az saytı qazax mətbuatına istinadla xəbər verir. 

“Bir çox ekspertlər Azərbaycanın ümummilli liderini xarakterizə edərkən deyirlər: böyük ürəkli və istənilən xalqın qürur duyacağı insandır”, - bu sözləri Qazaxıstan prezidentinin kitabxanasının direktor müavini Botaqoz Kaipova Astananın “Еліне жол ашқан” nəşrinə müsahibəsində deyib. 

Qazaxıstan KİV yazır ki, kitabla tanış olan şəxslərin sözlərinə görə, nəşrdə Heydər Əliyev haqqında tanınmış siyasətçilərin, iqtisadçıların, biznesmenlərin və hökumət rəhbərlərinin xatirələri yer alıb. 

Qeyd edək ki, 500 nüsxədən ibarət ilk tirajda buraxılan kitablar Qazaxıstanın məktəb və universitetlərinin kitabxanalarına təqdim olunacaq.