Everestdə rusiyalı alpinist həlak olub

21:15 17-05-2018 111
loading...

Everest zirvəsini fəth etməyə çalışan Başqırdıstandan olan alpinist Rüstəm Əmirov dağa dırmanan zaman həlak olub.

HerGun.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Buna qədər Elbrus, Lenin və Xan-Tenqri kimi zirvələrə qalmış Ufalı alpinistin soyuqdəymədən öldüyü bildirilir.

Səyahətin gedişatını sosial şəbəkədə şərh edən Əmirov sonuncu dəfə mayın 13-də “Instagram”da məlumat paylaşıb.  Məlumatda  o, zirvəyə dırmanmaq üçün həlledici mərhələyə qədəm qoyduğunu bildirmişdi.

Alpinistin həyat yoldaşı, Əmirovun nəşinin Rusiyaya göndərilməyəcəyini və Himalayda dəfn olunacağını açıqlayıb.

F.M.