Zabratda yol keçmək istəyən qadın xəstəxanalıq oldu
02:00 11-09-2019 508
Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, Zabrat I qəsəbəsində minik avtomobili yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Ona baş beyinin əzilməsi, qarının küt travması diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu