Azərbaycanda QİÇS qurbanlarının sayı bəlli oldu

11:50 18-05-2018 84
loading...

Cari ilin dörd ayı ərzində Azərbaycanda 193 yeni HİV-ə yoluxma halı qeydə alınıb.

HerGun.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov

Onun sözlərinə əsasən, onlardan 193 nəfəri Azərbaycan vətəndaşı, beşi isə əcnəbidir.

HİV-ə yoluxan Azərbaycan vətəndaşlarından 123 kişi, 65-i isə qadındır.

2018-ci ildə ölkədə QİÇS-dən 16 nəfər ölüb.