Gəncədə avtomobil işıq dirəyinə çırpıldı - FOTO

19:45 11-09-2019 1123

Gəncədə yol qəzası baş verib. 
 
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1 kilometrliyində qeydə alınıb.
 
Belə ki, Rusiya Fedarasiyasına məxsus dövlət nömrə nişanlı "KİA" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, avtomobil əvvəl yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra isə yolun əks tərəfinə keçib.
 
Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.