Qəzza zolağında üç gündür raket atəşi davam edir

05:09 12-09-2019 631

İsrailin döyüş təyyarələri Qəzza zolağında Həmas hərəkatının bir neçə hərbi obyektinə zərbələr endirib. 

TASS xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti bunu ölkə ərazisinə atılmış raket zərbələrinə cavab olduğunu bildirib.

“Bir gün əvvəl İsrailə Qəzza zolağından raketlər atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri Qəzza zolağının şimalındakı bir neçə Həmas obyektlərinə zərbələr endirib. İsrail ordusu ölkə vətəndaşlarına zərər vurma cəhdlərinin qarşısını almağa davam edəcək”, - açıqlamada deyilir.

İsrail tərəfi Qəzza zolağında baş verən bütün hadisələrə görə məsuliyyəti Həmasın üzərinə qoyur.  

Çərşənbə günü İsrail ərazisinə Qəzza zolağından üç raket atılıb. Məlumata görə, bu zərbələr nəticəsində xəsarət alan olmayıb.

Qəzza zolağında fələstinlilərlə İsrail ordusu arasında qarşılıqlı raket atışları üçüncü gündür davam edir.