Avtomobil xəttə çırpıldı: iki min ev qazsız qaldı

11:18 12-09-2019 10

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə iki min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.