Azərbaycanda daha bir gənc itkin düşdü - FOTO

11:36 12-09-2019 422

Siyəzən rayonu Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Onun əlamətləri: boyu 165 sm, orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. 
Evdən çıxarkən əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub. 

Ə.Fərzəliyevdən məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.