ABŞ-da orta təbəqə üçün vergilər azaldılacaq

10:00 13-09-2019 505

ABŞ Prezidenti Donald Tramp orta gəlirli amerikalılar üçün vergi azaltma planının işləndiyini bildirib.

RİA Novosti” xəbər verir ki, bunu Ağ Ev rəhbəri Baltimorda respublikaçı konqresmenlər və tərəfdarları qarşısında çıxış edərkən bəyan edib.

“Hazırda orta gəlirli insanlar üçün vergi endirimləri üzərində işləyirik. Gələn il bunu bir müddət sonra açıqlayacağıq. Çox çalışan orta gəlirli insanlar üçün çox əhəmiyyətli bir vergi azaldılması olacaq. Biz bunu gözləyirik”, - deyə ABŞ lideri bildirib.

2017-ci ildə Tramp vətəndaşların bir çox təbəqəsi üçün gəlir vergisinin aşağı salınmasına nail olub.