Kseniya Sobçak ərə gedib - FOTO

17:09 13-09-2019 611

Bu gün rusiyalı aparıcı Kseniya Sobçak və Konstantin Boqomolov rəsmi olaraq evləniblər.

Cütlük Qriboyedovsk VVAQ şöbəsinə avtomobillə gəliblər. Avtomobilin üzərində “Ölüm bizi ayırana qədər” yazısı olub. Kseniya və Konstantin son günlərinə qədər birlikdə yaşayacaqlarını təkcə pasportda möhürlə yox, Tanrı qarşısında and içməklə də təsdiqləmək qərarına gəliblər.

Cütlüyün kəbini Moskvanın Nikita qapıları yanındakı kilsədə kəsilib. Sözügedən kilsədə 1774-cü ildə imperatriçə II Yekaterina və onun sevgilisi Qriqori Potyomkin kəbin kəsdiriblər. Hətta 1831-ci ildə dahi rus şairi Aleksandr Puşkin də Natalya Qonçarova ilə məhz bu kilsədə kəbin kəsdirib.

Kseniya kilsəyə mərasim üçün xüsusi sifarişlə tikilmiş paltarda gəlib.

Qeyd edək ki, cütlüyün sevgili olması barədə bu ilin qışında xəbər yayılmışdı.

Rəşad Əliyev