Bakıda daha bir dünya çempionatı keçiriləcək

17:27 13-09-2019 437

Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək.

HerGun.Az xəbər verir ki, 8-9 noyabr tarixində Bakıda yeniyetmələr, gənclər və veteranlar arasında qrapplinq üzrə dünya çempionatı keçiriləcək. 

Qrapplinq üzrə böyüklər arasında dünya çempionatı isə sentyabrın 22-23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda baş tutacaq. Bu, güləş üzrə dünya çempionatı başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, bu dünya çempionatları Dünya Güləş Birliyinin bayrağı altında keçirilir.

Səbuhi Musayev