Qazaxda uçqun oldu: ölən və yaralanan var

20:54 13-09-2019 361

Qazax rayonunda torpaq uçqunu baş verib.

HerGun.Az-ın bölgə müxbirinin görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

İlkin məlumatlara görə hadisə zamanı 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu həyatını itirib. 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə ağır xəsarət alıb.

O, Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisənin kanalizasiya sisteminin yeniləməsi zamanı baş verdiyi bildirilir.