Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

23:00 13-09-2019 443

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında azyaşlı oğlan uşağı ölüb.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunun Xaldan qəsəbə sakini, 6 yaşlı Dəniz İsmayılov yıxılaraq  ağır xəsarət alıb.

D.İsmayılov yaxınları tərəfindən təcilli olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.