Güləşçimiz dünya çempionatına erməni ilə start verəcək
23:27 13-09-2019 449
Sabah Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürəcək.
HerGun.Az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutacaq.
Bu gün püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
55 kq
1/8 final. Eldəniz Əzizli - Mancet Mancet (Hindistan)
63 kq
1/8 final. Elman Muxtarov - Slavik Qalstyan (Ermənistan)
72 kq
Təsnifat. Sənan Süleymanov - Dominik Etlinqer (Xorvatiya)
82 kq
Təsnifat. Rafiq Hüseynov - Mixail Bradu (Moldova)