Abşeron rayonunda 42 yaşlı kişini avtomobil vurdu

23:45 13-09-2019 427

Novxanı qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, qəsəbə ərazisində minik avtomobili yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Quliyev Pərviz Fəyyaz oğlunu vuraraq, ona xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu