Kişi keçmişdən məktub aldı

16:00 24-10-2019 485

İngiltərənin Breyntri şəhər sakini Cim Qrin gözlənilmədən 28 il əvvəl göndərdiyi məktubu alıb.

Belə ki, 1991-ci ildə İspaniyanın Benidorm şəhərinə tətilə gedən Cim mənzil başına çatdıqdan sonra ata və anasına məktub göndərir:

“Ata, ana, burada hər şey yaxşıdır. Uçuş da yaxşı keçdi, hava da gözəldir. Sizi sevirəm, Cim”.

28 ildən sonra kişi evdəki poçt qutusundan bu məktubu tapıb. Əvvəlcə Qrin nə baş verdiyini anlamasa da, sonradan yazdığı məktubu xatırlayıb.

Hazırda Cimin ata və anası vəfat edib. Onun İspaniyada yanında qaldığı dostları da çox uzaqda yaşayır. Bu məktubun poçt qutusuna necə düşdüyü, 28 il sonra onu kimin tapması sual altındadır. Güman edilir ki, məktub haradasa ilişib qalıb və illər sonra yenidən sistemə yerləşdirilib.