Bismillahir, Rəhmanir, Rəhim

 

HAQQ  YOLUNUN YOLÇUSU

10:58 22-03-2024 414

 

     Hər atı­lan ad­dım  in­sa­nın öm­rün yo­lun­dan  çı­xı­lır və in­san öm­rü bir ad­dım aza­lır. İn­sa­nın dün­ya­ya gəl­di­yi gün­dən və bu dün­ya­dan uzaq­laş­dı­ğı gü­nə qə­dər ad­dım­la­rın sa­yı­nı isə Uca Tan­rı­dan baş­qa heç kim bil­mə­yir. Atı­lan ad­dım­lar isə ki­mi­si­ni uğur­la­ra, ki­mi­si­ni se­vinc do­lu gün­lə­rə, ki­mi­si­ni xoş­bəxt­li­yə, ki­mi­si­ni  bəd­bəxt­lik və kə­dər qoy­nu­na, ki­mi­si­ni isə  haqq yo­lu­na-hi­da­yət yo­lu­na  apa­rır. Kim­li­yin­dən, ir­qin­dən  ası­lı ol­ma­ya­raq  haqq yo­lu­nu tu­tan­lar hə­yat­da  xoş­bəxt in­san­lar he­sab olu­nur­lar.Be­lə in­san­lar­dan bi­ri də öz sa­də gö­rü­nü­şü  ilə in­san­lar­dan se­çil­mə­yən, am­ma  Uca Tan­rı­ya sı­ğı­nan, Haqq yo­lu­nun yol­çu­su olan, şa­ir dos­tum Ta­hir Hü­seyn­dir. 

   Ta­hir Hü­seyn­lə bir də­fə gö­rü­şüb, söh­bət edən in­san can atır ki, onun­la bir da­ha, tək­rar-tək­rar  gö­rüş­sün. Çün­ki onun söh­bət­lə­rin­dən, ib­ra­ta­miz hik­mət­li söz­lə­rin­dən doy­maq  ol­ma­yır. Tə­miz əqi­də­li, yax­şı­nı-pis­dən seç­mə­yi ba­ca­ran Ta­hir Hü­seyn   özü de­di­yi ki­mi haq­qa ge­dən bir yol var ki, in­san­lar bu yol ilə irə­li­lə­yər­sə məq­səd və ar­zu­la­rı­na çat­maq­da Uca Tan­rı on­la­ra  yar­dım­çı olar, on­la­rın ar­zu­la­rı­na və is­tək­lə­ri­nə çat­ma­sı­na  şə­ra­it ya­ra­dar. Haqq yo­lu ilə get­mə­yən­lər isə hə­ya­tın çir­kad də­ni­zin­də bo­ğu­lar­lar.Özü­nün de­di­yi ki­mi:

 

Haq­qa sa­rı ge­dən bir yol var,

Ge­dən ça­tar, du­ran ba­tar.

 

      Bu yol­la  in­san Tan­rı sev­gi­si ilə  Haq­qın aç­dı­ğı cı­ğır­la Al­la­ha doğ­ru irə­li­lə­yər. Ta­hir Hü­sey­nin  at­dı­ğı hər ad­dım onu Tan­rı­ya ya­xın­laş­dı­rır. Tan­rı is­tə­yi ilə ona bəxş olu­nan söz­lər də  özü ki­mi saf, özü ki­mi sa­də­dir. Uca Tan­rı  sev­di­yi in­san­la­ra qüd­rət­li  söz  de­mək ba­ca­rı­ğı­nı da əta et­miş­dir.

 

Söz Haq­qın ni­da­sı­dır,

Söz Ru­hun qi­da­sı­dır.

 

   De­yən şa­ir qar­da­şı­mın  “Söz ” şei­ri­ni  oxu­yan­da   bi­zim ya­şa­dı­ğı­mız aləm­dən uzaq­la­şır, saf­la­şır, pak­la­şır­san. “Söz ru­hun qi­da­sı­dır” ifa­də­si  elə-be­lə söz de­yil­dir.  İn­san gün­də­lik ma­ye qə­bul edə bi­lər, ye­mək ye­yə bi­lər, ha­va uda bi­lər, müx­tə­lif hə­rə­kət­lər edə bi­lər, ru­hu  isə  yal­nız söz­lə  qi­da­lan­dı­rar.  Ru­hu isə haq­qın kə­la­mı qi­da­lan­dı­ra bi­lər, ay­rı heç nə ilə ru­hu qi­da­lan­dır­maq ol­maz. İla­hi tə­rə­fin­dən in­san­la­ra sö­zün ər­ma­ğan, ənam ol­ma­sı­nı  gös­tə­rə bi­lir, Ta­hir Hü­seyn. “Söz” şei­rin­də sö­zü ucuz tut­ma­ma­ğı, yer­li-yer­siz iş­lət­mə­mə­yi , sö­zü ucuz­laş­dır­ma­ma­ğı  töv­si­yə edən şa­ir sö­zün Al­lah tə­rə­fin­dən  in­san­la­ra  ənam ki­mi  ve­ril­di­yi­ni mə­ha­rət­lə vur­ğu­la­yır:

 

Gül­dü­ər in­sa­nı söz,

Ağ­la­dar in­sa­nı söz.

Sa­ğal­dar in­sa­nı söz,

Haq­qın kə­la­mı­dır söz.

 

Söz ilə ar­zu di­lək,

Hə­yat­da açar çi­çək.

Sö­zün qəd­ri­ni bi­lək,

Haq­qın əna­mı­dır söz.

 

Və ya “Söz nə­dir” şei­rin­də   özü­nün  tə­bi ilə de­sək,

 

Söz an­la­maq de­mək­dir,

Söz an­lat­maq de­mək­dir.

    Ta­hir  Hü­sey­nin Tan­rı­ya bağ­lı­ indsandır. Tandı sevgisi ilə yaşayan insanları Allah öz nəzərində saxlayır. Daim Tandı nəzərində  olasan, qardaşım.Yazıb-yaradasan.

   Bu gün  mart ayının 22-dir.. 22 mart 2024-cü il Uca Tanrıya sığınan Tahir Hüseynin doğum günüdür. Qardaşım Tahir Hüseynin 70 yaşı tamam olur Bu münasibətlə  Tahir Hüseyni  təbrik edir ona daha böyük uğurlar arzulayıram.Qardaşım, dünyada nə yaxşı varsa sənə arzulayıram. Uca Tanrı səni, ailəni, sevdiklərini  bu Ramaan  bayramında, Novruz bayramında  arzularına, istəklərinə qovuşdursun, inşəallah. Bir daha Hidayət yolunun yolçusu olan  qardaşım, sənə Uca Tanrıdan möhkəm can sağlığı arzulayıram.

El­man İs­ra­fi­loğ­lu,

AYB-nin , AJB-nin üz­vü, Pre­zi­dent tə­qa­üd­çü­sü. “Quruluş” qəzetinin  təsisçisi və baş redaktoru,“Söz­lü sehr­li dün­ya ” ədə­bi məc­li­si­nin səd­ri.