İNDİ SƏSİNƏ, SÖZÜNƏ HƏSRƏT QALMIŞIQ, GÜLXAS SƏMƏDLİ
Yaşadığımız dünyada hər bir canlının ömrü vaxtla, zamanla ölçülür. İnsanlar da Uca Tanrı tərəxindən bəxş olunan bir ömür yaşayır. Bu ömür də zaman adlı axar çayda su kimi axır. Ömrü boyu insan bu axar çaydan çıxmağa cəhd edir. Zamanın axarından isə çıxmaq olmayır. Beləcə vaxtın axarında axırıq...
Beləcə zamanla çarpışa, çarpışa bir ömür yaşayır insan. Bu ömürü mənaalı yaşayanlar da var, acı həyat yaşayanlar da var. Gülxas Səmədli şərəfli bir jurnalist ömürü yaşadı. Amma vaxtın axarında daima acı həyatla üzləşdi...
Qəzet işçiləri yaxşı bilirlər ki, indiki dövrdə sponsor olmadan qəzet çıxartmaq, kitab nəşr etmək çox çətindir. Gülxas Səmədli isə bu çətinliklərə sinə gərərək ömrünü qəzetçiliyə sərf edən şair, jurnalist xanımlarımızdandır. Gülxas xanımla dostluğumuz 1990-cı ilin əvvəllərindən, dünyasını dəyişənə qədər-2023-cü ilə kimi davam edib. Bu illər ərzində mütamadi olaraq şeir və publisistik yazılarımızı onun rəhbərlik etdiyi “Müstəqil Respublika” qəzetində, rəhbərlik etdiyim “Quruluş” qəzetində və “Sözlü sehrli dünya” almanaxlarında dərc etmişik. Onu da qeyd edim ki, “Sözlü sehrli dünya” almanaxlar 1993-cü ildən işıq üzü görür və bu günə qədər 22 cildi nəşr olunub. Bu cildlərin hər birinin redaktoru olmaqla yanaşı, özünün düşündürücü, gənclərimizə nəsihətverici, məhəbbət şeirləri də dərc olunub.
Gülxas xanım sadə, təvəzökar, mərd, dostluqda sədaqətli, əsil vətənpərvər jurnalist, şair olmaqla yanaşı kişi kimi sözü bütöv bir insan idi.Onun haqqqında keçmiş zamanda yazdığım üçün dostlarım məni bağışlasınlar. Rəhbərlik etdiyi “Müstəqqil Respublika ” qəzetinin hər nömrəsində mənim şeirlərimə təmənnası yer ayırarddı. Onunla çoxlu sayda deyişmələrimiz məhz bu qəzetdə oxucular tərəfindən sevilə-sevilə oxunularaq hər ikimizə uğur qazandırmıçdır. Bu deyişmələrdən “Qalmaz”, “Küsmüşəm özümdən”, “Səni sevirəm”,”Məni bu dünyada yaşadan sənsən”, “Gizləmə ta, gözünü sən”, “Danışar”, “Deyişmə”,”Səni gözləyə, gözləəyə”,”Hara gedir, belə gözəl, görəsən”, “Əlim alışıb yandı” və sairin adlarını çəkmək istərddim. Özü ilə “Müstəqil Respublika ” qəzetində görüşlərimizin birində dedim ki, imkan olan kimi ikimizin deyişmələr kitabını çıxardacağam. Sevindi...
Mənə dedi ki, bir neçə şeirlər kitabım hazırdır, amma imkan yoxdur ki, onları nəşr etdirim.
Ölkəmizin bütün bölgələrindən olan yaradıcı insanlara yaxından köməklik gəstərərdi. Baxmayaraq ki, qəzet vəsait hesabına işıq üzü görür. Bu baxımdan Gülxas xanım həm böyük ana olmaqla yanaşı, həm də xeyriyyəçi bir şair idi. Gənc yazarlara öz doğması kimi, ana kimi diqqət göstərərdi.
Kabinetinə gələn insanları ətirli bitkilərdən hazırlamış olduğu çaya dəvət edər və bundan məmun olardı Mənim dörd şeirlər kitabımın ön sözlərinin müəllifi və redaktoru idi, Gülxas xanım...
Hər gün olmasa da həftədə 3-4 dəfə zəngləşər, yeni yazdığımız şeirlərimizi bir-birimizə oxuyardıq. Vətənə bağlı idi. Vətənpərvərlik şeirləri ona daha böyük uğurlar qazandırmışdı. Ölkəmizin ən tanınmış şairləri ilə yaxından tanışlığı vardı... Amma biz bilməzdik ki, doğum günü ərəfəsində dünyasını dəyişərək, bizi əbədi olaraq həsrətdə saxlayacaqdır. ..
İndi səsinə, sözünə həsrət qalmışıq, Gülxas xanım.
Gülxas xanım haqqında yazmaqla, danışmaqla qurtaran deyil.
Allahdan Gülxas xanıma rəhmət diləyirəm. Əzizlərinə, doğmalarına, Gülxassevərlərə dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin.
SOLDURDU BU XƏBƏR ÜZÜMÜ, GÜLXAS
Şairə dostum,Gülxas Səmədliyə həsr edirəm. Bir şair dostumu da itirdim. Allah rəhmət eləsin!
Yasa bürünmüşdü, bu gün, bu şəhər,
Niyə açılırdı, görən bu səhər?
Eşitdim dəhşətli, acı bir xəbər,
İtirdim özümü, izimi, Gülxas.
Dərd-qəmdən bax sinəm qazma-qazmadı,
Dondu əllərimdə qələm yazmadı.
Sənə yaraşmayır bu ölüm adı,
Bürüdü göz yaşım sözümü, Gülxas.
Oldun dar günümdə dostum, həmdəmim,
Sən yoxsan dünyada artı dərd-qəmim,
Yanaır için-için köksümdə qəlbim,
İndi kim siləcək gözümü , Gülxas.
Hər zaman mən gördüm səndə sədaqət,
Qaldı əllərimdə bir ovuc həsrət,
Çəkdin bu dünyada əzab-əziyyət.
Sənsiz danlayıram özümü, Gülxas.
Belə yazılıbmış qədərin, yazın,
Yarı yolda qaldı nə qədər arzun,
Ölüm kəlməsini lüğətdən pozun,
Soldurdu bu xəbər üzümü, Gülxas.
Elmanam, mən səndə gördüm gülər üz,
Haqq carçısı oldun, yazdın doğru, düz,
Ədalət axtardın hər gecə-gündüz,
Özünlə apardın dözümü, Gülxas.
27.12.2023-cü il.