Hollivudun keçmiş cütlüyü arasında növbəti qalmaqal: məhkəmə, yalançı şahidlər və məişət zorakılığı - VİDEO

00:40 02-11-2019 563

Hollivudun məşhur aktyoru Conni Depp qalmaqala düşüb. 

REN TV-i xəbər verir ki, dünya ulduzu amerikalı həmkarı və keçmiş həyat yoldaşı Ember Herdlə yenidən problem yaşayır.  

Keçmiş həyat yoldaşı aktyoru şahidləri rüşvət yolu ilə ələ almaqda günahlandırıb. İddia olunur ki, Depp Herdlə aralarında yaşanan dava-dalaşın şahidlərinə səssiz qalmaları üçün milyonlarla pul ödəyib. 

“Karib dənizinin quldurları”nın ulduzu üçüncü ildir ki, Herdlə məhkəmədə çəkişir. Eks cütlüyün uzanan məhkəmələri artıq realiti-şouya çevrilib.  

Keçmiş həyat yoldaşı Conni məişət zorakılığında günahlandırıb, bədənində qançırları göstərib. Aktyor isə qançırın makiyaj olduğunu bildirib. 

Qeyd edək ki, 2018-ci ildə boşandıqdan sonra cütlük bir-birini məhkəməyə verib. Ember Herd, Conni Deppi məişət zorakılığında günahlandırıb. Deppin sözlərinə görə, Ember onun barmağını bir şüşə araqla kəsib, yumruqla da döyüb. Qarşı tərəf isə hər şeyi inkar edib. 

Rəşad Əliyev