Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü, yeddi azərbaycanlı yaralandı

01:00 05-11-2019 521

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb. 

AZƏRTAC xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. 

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb. 

Qəzanın başvermə səbəbləri araşdırılır.