Polis Honkonq parlamentinin binasını nümayişçilərdən təmizləyib - FOTO

07:54 02-07-2019 695

Honkonq polisi parlament binasını nümayişçilərdən azad edib.

TASS xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bütün aksiyaçıları binadan çıxarıblar. Bundan sonar etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib.

Ötən gün etirazçılar qanunverici orqanın binasına soxulublar. Aksiya iştirakçıları parlament zalında Boyük Britaniya və Britaniya Honkonqunun bayraqlarını asıblar.

Honkonq parlamenti tarixdə ilk dəfə evakuasiya edilib. Yerli hakimiyyət hökümət binalarının təhlükəsizlik zərurətindən müvəqqəti bağlandığını bildirib.