Sankt-Peterburqda idman kompleksinin damı çökdü - VİDEO
19:40 31-01-2020 460
Rusiyanın Sankt-Peterburq şəhərində idman-konsert kompleksinin sökülməsini həyata keçirən zaman binanın damı çöküb.
Məlumatı Fontanka.ru saytı yayıb.
Hadisə baş verən vaxt kompleksin ərazisində ustalar çalışıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib.
Xəsarət alanlar barədə hələlik məlumat verilmir.