Mozambikdə 64 qaçqın yük maşınında ölü tapıldı
16:00 24-03-2020 341
Mozambikdə yük maşınında 64 qanunsuz miqrantın meyiti tapılıb.
“France-Presse” agentliyi bu barədə məlumat yayıb.
“Malavidən gələn, efiopiyalı olduqları ehtimal olunan qanunsuz mühacirləri daşıyan yük maşını nəzarət üçün Tete əyalətində dayandırılıb. 64 nəfər ölü, 14 nəfər sağ aşkar edilib”, - xəbərdə deyilir.
64 nəfərin boğularaq öldüyü təxmin olunur.