Türklər öz “iPhone” telefonlarını sındırır və yandırırlar - VİDEO

17:40 15-08-2018 10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot barədə həmvətənlərinə etdiyi çağırışdan sonra türklər hərəkətə keçiblər.

HerGun.Az xəbər verir ki, əhali ABŞ-da istehsal olunmuş mallardan imtina edir.

İş o yerə çatıb ki, “iPhone” istifadəçiləri nümayişkaranə şəkildə öz smartfonlarını sındırırlar.

Sosial şəbəkələrdə yerləşdirilən video ABŞ-a etiraz dalğasının necə sürətlə geniş vüsət aldığını göstərir.

Qeyd edək ki, Ərdoğan əhaliyə müraciət edərək, hər kəsi yerli məhsulları almağa çağırıb:

“ABŞ “iPhone” istehsal edir, bizim isə heç də geri qalmayan “Vestel Venus” varımızdır”.