Azərbaycanda qeyri-adi sərgi: Oxu.Az-ın əməkdaşının əl işi də sərgilənir - FOTO/VİDEO

16:20 22-04-2020 491

Dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycanda “Görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, KİV nümayəndələri də əzmlə çalışaraq, əhalini məlumatlandırmaq üçün, sözün əsl mənasında, dəridən-qabıqdan çıxırlar. Azərbaycanda foto sənətinin inkişafına töhfə verən “Gilavar” Azərbaycan Foto Klubu bu dəfə də fərqli sosial layihə ilə çıxış edib.

HerGun.Az xəbər verir ki, bu məqsədlə “Gilavar” Azərbaycan Foto Klubu “Koronavirus” adlı virtual fotosərgi hazırlayıb.

Pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların da xüsusi yeri var. Onlar öz sağlamlığını təhlükə altına ataraq, karantin günlərində virusun yaratdığı fəsadları foto kameralarının yaddaşına həkk edə biliblər. Çünki bu gün onların çəkdiyi fotolar sabah üçün tarix hesab olunacaq.

“Kreativ Azərbaycan” portalının başlatdığı “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan “Gilavar” “Koronavirus” adlı virtual fotosərgi hazırlayıb.

Virtual sərginin yaradılmasında məqsəd həm insanların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, həm də fotoqrafların tarix yazdığı fotoları bir yerə toplamaqdır.

19 fotoqrafın pandemiya dövründə çəkdiyi 56 foto içərisində HerGun.Az-ın əməkdaşı Ramil Zeynalovun da kamerasının yaddaşına həkk edirdiyi əl işi də sərgilənir. 

Sərgidə ölkənin tanınmış fotoqraflarının - Rəşad Mehdiyev, Roman İsmayılov, Zaur Mustafayev, Vüqar İbadov, Dilavər Nəcəfov, Murad Orucov, Əziz Kərimov, Rəsul Rəhimov, Aydın Məmmədov, Şahin Sərdarov, Tofiq Babayev, Famil Mahmudbəyli, Kərim Abbasov, Vəli Şükürov, İlkin Nəbiyev, Əlihüseyn Məlikov, Məhərrəm Məcidov və Şahlar Sadıqovun da fotoları nümayiş olunur.

Bu keçidlərə daxil olmaqla, virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür: