Milli Qurtuluş Günü ilə bağlı Kiyevdə keçirilən konfrans Ukraynanın nüfuzlu KİV-lərində - FOTO/VİDEO

16:20 17-06-2020 476

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələrində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Kiyevdə keçirilən “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, UKRİNFORM dövlət informasiya agentliyində, Ali Radanın rəsmi “Qolos Ukraini” qəzetində nəşr edilən və “Ukrayna 24” telekanalında yayımlanan reportajda Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransın əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, 27 il əvvəl xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın xilaskarı olaraq ölkəni bəladan qurtardı.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın konfransdakı çıxışına istinadla Ulu Öndərin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bundan başqa, tədbir çərçivəsində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” (Гейдар Алиев. Личность и эпоха) üçcildlik roman-tədqiqatının Azərbaycan, rus və ingilis dillərində təqdimat mərasiminin keçirildiyi vurğulanıb.