Gənc qızı saxlayan hüquq mühafizəçiləri xidməti maşında ona təcavüz etdilər - FOTO

06:20 16-07-2020 428

22 yaşlı qızı saxlayan patrul xidmətinin üç əməkdaşı xidməti maşında ona təcavüz ediblər.

360 TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib.

Bildirilir ki, polislər qazaxıstanlı qızı UAZ avtomobilinə salaraq, zorlayıblar. Sonra isə onu polis bölməsinə apararaq, “dövrəyə buraxacaqları” ilə hədələyiblər.

Artıq cinayətkarlar həbs olunub. Onlar “bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama” və “digər seksual xarakterli hərəkətlər” maddəsi ilə təqsirli bilinərək, 6 və 6,5 il müddətinə azadlıqdan məhrum ediliblər.