Videoçarx çəkmək arzusu xilasediciləri köməyə çağırmaqla nəticələndi - FOTO/VİDEO

15:00 17-07-2020 496

Böyük Britaniyadan olan bloqer qız “TikTok” üçün video çəkmək istəyib. Ancaq bu istəyi xilasediciləri köməyə çağırmaqla bitib.

“Daily Mail”in verdiyi məlumata görə, 14 yaşlı qız altı aylıqdan dörd yaşa kimi uşaqlar üçün nəzərdə tutulan yelləncəkdə yellənmək qərarına gəlib, amma oturduqdan sonra oradan çıxa bilməyib.

Bundan sonra o, anasını köməyə çağırıb. Qadının ilk reaksiyası gülmək olub. Ancaq sonradan vəziyyətin ciddiliyini anlayaraq, xilasediciləri köməyə çağırıb.

Qızı saat yarımdan sonra yelləncəkdən azad etmək mümkün olub.