“Qalatasaray” son dəqiqələrdə buraxdığı qolla xal itirdi

00:40 25-07-2020 429

Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində “Qalatasaray” klubu “Antalyaspor”u qonağı olub. 

HerGun.Az xəbər verir ki, ilk hissədə ev sahibi 19-cu dəqiqədə vurduğu qolla hesabda irəli çıxıb. 

Qarşılaşmanın 58 və 65-ci dəqiqəsində vurduqları qollarla qonaqlar üstünlüyü ələ alıblar.

Lakin “Qalatasaray” futbolçuları üstünlüyü sonadək qoruya bilməyiblər. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə “Antalyaspor” bərabərlik qolunu vurub.

Matç 2:2 hesabı ilə başa çatıb.