Köpək balığı ilə təhlükəli oyun oynadı - FOTO/VİDEO

03:00 28-01-2021 439

Sosial şəbəkələrdə balıqçının köpək balığını sığallaması ilə bağlı görüntülər böyük maraqla qarşılanıb.

“Daily Mail”in məlumatına görə, video Meksika körfəzində çəkilib.

Bildirilir ki, yırtıcı üç saata yaxın qayığın ətrafında fırlanıb. Ancaq balıqçılar bundan narahat olmayıblar, əksinə, ona yem atıblar. Bəzən yırtıcı o qədər yaxınlaşıb ki, kapitan onu sığallayıb.

Bir kadrda isə köpək balığının motoru dişlədiyi görünür. Ancaq bildirilir ki, qayığa ciddi zərər dəyməyib.