Meyitxananın qarşısında duran qadınlar ölümdən son anda xilas oldular - VİDEO

01:40 30-01-2021 426

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində meyitxananın qarşısında duran iki qadın “qar uçqununun” altında qalıb.

Bu barədə “Başinform” xəbər yayıb.

Kadrlardan belə görünür ki, qadınlar qaçmağa çalışırlar, ancaq bunu bacarmırlar. Onlar travmalarla xəstəxanaya aparılıblar.

Həmçinin yaxınlıqda park edilən avtomobilə də zərər dəyib. Maşının sürücüsü şikayətlə polisə müraciət edib.

Yerli KİV-dən verilən məlumata görə, həmin vaxt binanın damından qar təmizliyi aparılırdı.

Hazırda baş verənlərlə bağlı yoxlamalara başlanılıb.