360 metrlik bacaya dırmanaraq rekorda imza atdılar - VİDEO
00:00 01-02-2021 472
Sloveniyalı sərbəst alpinistlər Janya Qarnbret ve Domen Skofic yeni rekorda imza atıblar.
Onlar 360 metr hündürlüyündəki elektrik stansiyası bacasına 8 saat ərzində dırmanaraq, “ən uzunmüddətli dırmanma” rekordunu yeniləyiblər.
Qeyd edək ki, onlar bu uğuru ikinci cəhddən gerçəkləşdirə biliblər.
Cütlüyün dırmandığı baca Avropanın ən yüksək elektrik stansiyası bacasıdır.