155 ictimai iaşə müəssisəsində pandemiya tələbləri kobud şəkildə pozulub

18:00 09-02-2021 398

155 ictimai iaşə müəssisəsində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4-8 fevral tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1 977 ictimai iaşə müəssisəsində 3 251 monitorinq həyata keçirilib.

Monitorinq keçirilən 155 ictimai iaşə müəssisəsində qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə pandemiya dövrünün tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.