Bərdədə “Qırmızı kitab”a düşən ağac təhlükə mənbəyinə çevrilib - VİDEO

17:18 06-08-2019 705

Bərdədə gövdəsi zədəli ağacın kəsilməsi üçün aidiyyəti qurumlara edilən müraciətə məhəl qoyulmur.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Koroğlu küçəsində yaşayan Tofiq Əliyevin həyətində yerləşən iri gövdəli şərq çinarı təhlükə mənbəyinə çevrilib.

Sakinlər bildirir ki, hər dəfə güclü külək zamanı ağac qorxulu vəziyyət yaradır. Çinar qırılarsa, qonşuluqdakı evlər də təhlükə ilə üzləşə bilər. 

Ekologiya və Təbii Tərvətlər Nazirliyinin Ağcəbədi rayon Regional Ekologiya İdarəsindən bildiriblər ki, ərazidə yerləşən ağac “Qırmızı kitab”a salınıb.

Həmin vətəndaşlar yenidən regional idarəyə müraciət etməlidir. Monitorinq qrupunun rəyindən sonra ağacın kəsilməsi ilə bağlı qərar veriləcək.