DİN: Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

13:20 08-05-2021 371

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 7-də respublika ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başladılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.