Bakıda “Makarov” gəzdirən şəxs saxlanılıb - FOTO

11:27 13-03-2019 22

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.