Türkiyə voleybolçuları son Olimpiya çempionunu darmadağın etdi
21:00 25-07-2021 492
Voleybol üzrə Türkiyənin qadınlardan ibarət yığma komandası Olimpiya Oyunlarına uğurlu start verib.
“Anadolu” xəbər verir ki, ay-ulduzlu komanda B qrupu çərçivəsində keçirdiyi ilk qarşılaşmasında Çin seçməsindən üstün olub.
Türkiyəli xanımlar son Olimpiya çempionunu hər üç hissədə də məğlub edərək, oyunu 3:0 hesabıyla qazanıblar.
Millinin növbəti rəqibi İtaliya yığması olacaq.