“Keşlə”-“Soçi” matçının hakimləri məlum olub
00:20 26-07-2021 429
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunlarına təyinat almış hakimlərin adlarını açıqlayıb.
HerGun.Az xəbər verir ki, Bakıda keçiriləcək “Keşlə”-“Soçi” matçını Viktor Şimusikin başçılığı ilə Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, iyulun 29-da baş tutacaq qarşılaşmada komandamız 3:0 hesablı səfər məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq.