Boksçu Olimpiya Oyunlarında Mayk Taysonun hərəkətini təkrar etdi - VİDEO

07:40 28-07-2021 869

91 kiloqram çəki dərəcəsində çıxış edən mərakeşli boksçu Yunes Baalla Tokioda davam edən Yay Olimpiya Oyunlarının 1/8 finalında Yeni Zelandiyadan olan rəqibi Deyvid Nyikanın qulağını dişləyib.

Gazeta.ru xəbər verir ki, hadisə qarşılaşmanın üçüncü raundunda baş verib.

Hadisə döyüşü idarə edən hakimin diqqətindən yayınıb. Qarşılaşma Deyvid Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, yeni zelandiyalı idmançı olimpiadanın 1/4 finalına çıxıb.