Belarus millisi DÇ-2022-nin seçmə oyunlarını Rusiyada keçirə bilər

08:40 28-07-2021 605

Belarus yığması futbol üzrə 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ev oyunlarını Rusiyanın Kazan şəhərinin mərkəzi stadionunda keçirə bilər.

Sports.ru xəbər verir ki, bunu Tatarıstan Respublikasının idman naziri Vladimir Leonov bəyan edib.

O, Belarus tərəfinin arenadan razı qalacağı təqdirdə, bu ölkənin seçmə komandasını qəbul etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Belarus millisi yaxın aylarda Uels (5 sentyabr), Belçika (8 oktyabr) və Çexiya (11 oktyabr) yığmalarıyla qarşılaşmalıdır.

Xatırladaq ki, Minsk hava limanında “Ryanair” şirkətinə məxsus təyyarə ilə bağlı məlum insidentdən sonra bir sıra Avropa ölkələri Belarusla hava əlaqəsini kəsib.