COVID-19 pasportu olmayan 378 nəfər toya buraxılmadı - FOTO

12:00 28-07-2021 551

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunan qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Nazirlikdən verilən digər məlumata görə, Qusarda yerləşən bəzi şadlıq evlərində və həyətlərdə təşkil olunan palatka məclislərində əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, COVİD-19 pasportu olmadan insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimlərinin təşkil edildiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan qaydalara riayət etməyən obyekt sahibləri və həyətlərdə keçirilən məclis təşkilatçıları barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb.

Lənkəranda son iki gün ərzində 378 şəxs “COVID-19” pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.