“Qarabağ” Konfrans Liqasında növbəti mərhələdə - YENİLƏNİB+VİDEO

23:00 29-07-2021 474

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” İsraildə “Aşdod”un qonağı olub.

Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu “Qarabağ”ın milliləşdirilmiş, xorvatiyalı oyunçusu Filip Ozobiç vurub. O, 6-cı dəqiqədə Xayme Romeronun ötürməsindən sonra çərçivəni dəqiq nişan alıb.

İlk matçda Bakıda qolsuz bərabərlik qeydə alındığı üçün minimalhesablı qələbə Azərbaycan təmsilçisinə növbəti mərhələyə yüksəlmək yolunda kifayət edib.

22:06

“Aşdod” - “Qarabağ” matçında ikinci hissə başlayıb. 

Azərbaycanın vitse-çempionu ilk hissəni öndə bitirib. 

İkinci hissədə hələ ki qol vurulmayıb. 

21:48

“Aşdod” - “Qarabağ” matçında ilk hissə sona çatıb. 

Qarşılaşmanın ilk 45 dəqiqəsi təmsilçimizin üstünlüyü ilə bitib. 

Oyundakı yeganə qolu Filip Ozobiç 6-cı dəqiqədə vurub. 

21:07

“Aşdod” - “Qarabağ” matçında hesab açılıb.

Qarşılaşmanın 6-cı dəqiqəsində Filip Ozobiç dəqiq oynayıb.

“Qarabağ” qalib gəlir.

21:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” İsraildə “Aşdod”un qonağıdır.

Oyun start götürüb, hesab açılmayıb.

20:45

İsraildə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Aşdod” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

HerGun.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Aşdod”: 1. Yoav Cerafi, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 6. Abu Akal, 10. Mussa Baqayoko, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken, 23. Martin Raynov, 26. Abdul Zakariya Muges, 77. Yakov Brihon, 99. Oz Bilevi

Baş məşqçi: Ran Ben Şimon

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə hesab açılmayıb.

Avropa Konfrans Liqası

II təsnifat mərhələsi (cavab oyunları)

21:00 “Aşdod” (İsrail) – “Qarabağ”
Baş hakim: Novak Simoviç (Serbiya)
Aşdod. “Aşdod” stadionu 
İlk oyun – 0:0