“Qarabağ” səfər qələbəsini İsraildəki soydaşlarımızla qeyd etdi - VİDEO

23:40 29-07-2021 477

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə İsrail təmsilçisi “Aşdod”la qarşılaşan “Qarabağ” minimalhesablı qələbəyə sevinib.

Bakıdakı qolsuz bərabərlikdən sonra bu nəticə ilə təmsilçimiz turu keçən tərəf olub.

Matçdan sonra qələbə sevincini oyunu tribunalardan izləyən İsraildəki soydaşlarımızla qeyd edən “Qarabağ”ın futbolçuları onlara tərəf gediblər və azarkeşlərin “Qarabağ! Qarabağ!” şüarlarına alqışlarla cavab veriblər.

Həmin görüntüləri təqdim edirik: