Konfrans Liqası: “Qarabağ”ın üçüncü mərhələdəki rəqibi bəlli oldu

01:40 30-07-2021 410

“Qarabağ” klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, Kiprin AEL komandasıdır. Limassol şəhərini təmsil edən kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya “Vlajniya”sını üstələyib. “Vlajniya” həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub - 0:1.

“Qarabağ” AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində İsrail “Aşdod”unu iki oyunun yekununda yenib - 0:0, 1:0.