Formula 1-də sürpriz qalib

19:40 01-08-2021 465

Formula 1 üzrə yarışların Macarıstanda keçirilən növbəti mərhələsi sürprizlə yadda qalıb.

TASS xəbər verir ki, “Alpin” komandasının fransız pilotu Esteban Okon karyerasında ilk dəfə Formula 1-in qalibi olub.

Fettel (“Astono Martin”) ikinci, Hemilton (“Mercedes”) isə üçüncü pillədə qərarlaşıb.

Turnir cədvəlinin lideri Ferstappen (“Red Bull”) finişə yalnız onuncu çatıb.

Qeyd edək ki, yarış “Hunqarorinq” trasında baş tutub.