Sevgilisini axtaran gənc səkkiz maşına zərər vurdu - VİDEO

07:00 05-08-2021 79

Rusiyalı gənc mövcud olmayan sevgilisini axtarmaq üçün səkkiz maşının şüşəsini qırıb.

Bu barədə “Mash” “Telegram” kanalı kadrlar yayıb.

Görüntülərdən aydn olur ki, gənc əvvəlcə daşla, sonra isə çəkiclə avtomobillərə zərər vurub. Sakinlərdən biri hadisəni görüb həm öz maşınını, həm də digərlərininkini qorumaq üçün gəncə mane olmağa çalışıb. Qarşı tərəf isə maşınların birinin yük yerində sevgilisinin olduğunu deyərək, əməlinə davam edib. Bundan sonra yerli sakin polis çağırmaq məcburiyyətində qalıb.

Dələduzun 30 yaşlı Nikolay Kubarev olduğu ortaya çıxıb.

Maşın sahibləri şikayət ərizəsi yazıb, kişi saxlanılıb. Yeri gəlmişkən hadisə yerində bir qızın olmadığı da ortaya çıxıb.