Məşhur idmançı millimizə baş məşqçi təyin olundu
10:20 07-08-2021 632
Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
HerGun.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.
O həmçinin döyüş sambosunda idmançı kimi çıxışını davam etdirəcək.
Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır.
Səbuhi Musayev